Asiya qitəsində 2012-ci ilin ən yaxşı futbolçuları müəyyənləşib.
AZXEBER.COM-un məlumatına görə, bu ada Cənubi Koreya millisinin futbolçusu Li Keun-Ho və yaponiyalı ulduz Şinci Kaqava layiq görülüb.
2012-ci ildə "Ulsan Hyunday" klubunun heyətində Asiya Çempionlar Liqasını qazanan Li Keun-Ho qitənin ən yaxşı futbolçusu seçilib. Qitənin ən yaxşı legioner futbolçusu mükafatı isə "Mançester Yunayted"in yarımmüdafiəçisi Kaqavaya təqdim olunub.
Qeyd edək ki, "Kuveyt" klubunda forma geyinən braziliyalı futbolçu Rogerio de Assis Silva ilin ən yaxşı əcnəbi oyunçusu seçilib.