İlin ilk beş ayında 1 264 əkiz, 57 üçəm doğuldu

İlin ilk beş ayında 1 264 əkiz, 57 üçəm doğuldu
SOSİAL
15:22 11.07.2025
273
Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 38 min 836 doğulan körpə qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Doğulan körpələrdən 1 264-ü əkiz, 57-si isə üçəm olub.
OXŞAR XƏBƏRLƏR