İlin ilk Günəş tutulması başladı

İlin ilk Günəş tutulması başladı
SOSİAL
23:05 30.04.2022
385
Bu gün ilin ilk Günəş tutulması başlayıb.

AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZXEBER.COM-a verilən məlumata görə, bu tutulma qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi mayın 1-də saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.
OXŞAR XƏBƏRLƏR