Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib

Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib
DÜNYA
08:38 04.05.2025
154
Çilinin cənub sahil sularında 7,5 bal gücündə güclü zəlzələ qeydə alınıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Çili Universitetinin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, hadisə ilə əlaqədar Maqalyanes bölgəsi üçün sunami təhlükəsi barədə xəbərdarlıq edilib.

Rəsmilərin bildirdiyinə görə, yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib və ətraf yaşayış məntəqələrində hiss olunub.
OXŞAR XƏBƏRLƏR