"İlk dəfədir ki, doğum günümdə atam yoxdur" - Xoşqədəm ağladı - VİDEO

"İlk dəfədir ki, doğum günümdə atam yoxdur" - Xoşqədəm ağladı - VİDEO
MAQAZİN
23:44 14.01.2023
940
"İlk dəfədir ki, doğum günümdə atam yoxdur. Dedim bu gün hər şey gözəl olsun. Amma mən valideynlərimsiz yaşaya bilmirəm". 

AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı dogum günündə ARB Tv-də yayımlanan "Günaydın Azərbaycan" proqramında deyib.

Atasını xatırlayan Xoşqədəm Hidayətqızı kədərlənərək qeyd edib ki, onu görmədiyi üçün özünü pis hiss edib:

"Mən dəfələrlə çıxıb gedib xaricdə yaşamaq istəmişəm, hələ Doğuşla evlənmədən öncə fikirləşmişəm ki, bir gün boğula bilərəm. Deyirəm ki, ay Allah, bəlkə məni sən nəyəsə öyrədirsən. Yəni, bu gün atamı burada görmədim, özümü çox pis hiss etdim. Elə bildim onsuz qalmışam". 

"Atama buradan demək istəyirəm ki, mən səni çox sevirəm. Allahdan sonra mənim ən çox sevdiyim atamdır, sonra balalarımdır, ailəmdir", - deyə o, əlavə edib.

Həmin görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR