"İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildi"

"İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildi"
SOSİAL
14:42 22.12.2023
301
Xalqımızın tarixində bir çox unudulmaz təqvimlər, Azərbaycan dövlətçiliyi baxımından vacib, taleyüklü məqamlar olmuşdur. 2023-cü ilin 21 dekabrı ən yeni tariximizin əlamətdar günlərindən biri kimi təqvimə düşdü. Azərbaycan xalqı öz dövlətini qurmuş, uzun illər təzyiqlərə, hər cür məhrumiyyətlərə baxmayaraq, müstəqilliyini bərpa etmiş və bu gün öz taleyinin, müstəqil dövlətinin sahibi olan xalqlardan biri kimi, gələcəyə inamla addımlayır. Bu gün dünyada 4 minə yaxın xalq var və Azərbaycan xalqı bu tarixi nailiyyəti, xoşbəxtliyi yaşayan xalqlardan biridir.

Ötən gün Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ” və Bakının MOİK komandaları arasında oyun Azərbaycan tarixində əlamətdar hadisənin baş verməsi ilə yadda qaldı. Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə oldu. Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün! Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin. Bəli, ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildi. Bu, şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi oldu. İlk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak etmişdirlər. 

Yerigəlmişkən futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Tarixi hadisə olan rəsmi oyunu paytaxt Bakıdan və digər bölgələrdən də xeyli sayda insan, o cümlədən idman ictimaiyyətinin nümayəndələri izləməyə gəlmişdir. 
 
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tarixi futbol oyununun açılış mərasimində çıxış edib və sonra arenaya daxil olaraq meydanın mərkəzindən ilk zərbə ilə topu oyuna daxil edib. "Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır”. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın "Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib. "Xankəndinin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır”- dövlət başçısı bildirib.

Sonda fikrimi tamamlayaraq bildirmək istəyirəm ki, tarixi ədalət, gec də olsa, təcəlli etdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və üç il sonra 2023-cü ilin 23 saatlıq əməliyyatı ilə Azərbaycanın Qarabağda suverenliyi tam və qəti şəkildə bərqərar oldu və üç ay sonra "Qarabağ” Xankəndidə meydançaya çıxdı. Mən də özümü çox xoşbəxt hiss edirəm ki, bu oyunu böyük qürur və sevinc hissi ilə izləyənlərin sırasında idim.
Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Xalqı! 

Elgiz Səlimov, R.Əliyev adına 3 nömrəli tam orta məktəbin hərbi rəhbəri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi