İlk oyun günündə 'PSJ' və 'Yuventus'dan qələbə

İDMAN
08:59 13.02.2013
1090

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final oyunlarına start verilib. İlk oyun günündə iki qarşılaşma baş tutub.

“Valensiya” öz meydanında PSJ-ni, “Seltik” isə “Yuventus”u qəbul edib. İlk oyunda səfərdə 3:0 hesabı ilə qalib gələn "Yuventus" demək olar ki, 1/4 finala çıxmaq məsələsini həll edib.PSJ isə səfərdə 2:1 hesabı ilə qalib gəlib.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

12 fevral

23.45. “Valensiya” (İspaniya) – PSJ (Fransa) - 1:2Qol:Lavezzi, 10 (0:1), Xavyer Pastore 42, (0:2), A.Rami, 90(1:2)Qırmızı vərəqə:Zlatan İbrahimoviç, 90+223.45. “Seltik” (Şotlandiya) – “Yuventus” (İtaliya) - 0:3Qol:Matri,3, Markizio, 76, Vuçiniç, 81,

13 fevral

“Real” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)“Şaxtyor” (Ukrayna) – “Borussiya” (Dortmund, Almaniya)

19 fevral

“Portu” (Portuqaliya) – “Malaqa” (İspaniya)“Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)

20 fevral

“Milan” (İtaliya) – “Barselona” (İspaniya)“Qalatasaray” (Türkiyə) – “Şalke 04” (Almaniya)

Bütün oyunlar Bakı vaxtı ilə saat 23.45-də başlanacaq.

OXŞAR XƏBƏRLƏR