AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, valideynlər bunun üçün fiziki olaraq hər hansı quruma yaxınlaşmayacaqlar.
Yeni xidmət İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə əməkdaşlığı nəticəsində "mygov" platformasına inteqrasiya olunub. Valideynin şəxsi kabinetinə tibbi müayinədən keçməklə bağlı bildiriş də göndərilir. Müayinə başa çatdıqdan sonra yeniyetmə qeydiyyatda olduğu rayon üzrə hərbi həkim komissiyasına əyani baxış üçün yaxınlaşır. Əgər yeniyetmə xarici ölkədə təhsil alırsa, bu zaman təhsil aldığını təsdiq edən sənəd sistemə yüklənməlidir.
Qeyd edək ki, ilkin hərbi qeydiyyata alınma haqqında kağız vəsiqə bu ildən ləğv olunub və proses yalnız rəqəmsal formada aparılır. Valideynlər istənilən məkandan həm my.gov.az portalı, həm də mobil tətbiq vasitəsilə övladlarını ilkin hərbi qeydiyyata sala bilərlər.










































