İlon Mask "Microsoft"u məhkəməyə verəcək - SƏBƏB

İlon Mask "Microsoft"u məhkəməyə verəcək - SƏBƏB
DÜNYA
20:37 20.04.2023
295
"Twitter"in baş icraçı direktoru İlon Mask sahibi olduğu sosial media platformasının məlumatlarını icazəsiz istifadə etməkdə ittiham etdiyi "Microsoft"u məhkəməyə verəcəyini bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İlon Mask "Twitter"də "Microsoft"un "Twitter"i korporativ reklam platformasından çıxaracağını paylaşaraq, "Onlar Twitter məlumatlarından istifadə edərək qeyri-qanuni iə əl atıblar Artıq məhkəmə vaxtıdır”. - sözləri ilə cavab verib.
 
Lakin Mask iddiasını dəstəkləyəcək heç bir dəlil və ya detal paylaşmayıb.

Bütün bu iddialarla bağlı suallara "Microsoft" tərəfindən cavab gəlməyib və onlar imtina ediblər.

Qeyd edək ki, "Microsoft" daha əvvəl bildirib ki, onun reklam platforması aprelin 25-dən etibarən "Twitter"i dəstəkləməyəcək.

Nəticədə, reklam alıcıları "Microsoft"un sosial media idarəetmə aləti vasitəsilə öz "Twıtter' hesablarına daxil ola bilməyəcəklər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR