İlon Maskdan "Twitter" istifadəçilərinə sevindirici xəbər: Yeni funksiyalar gəlir

MARAQLI
10:02 11.05.2023
248
"Twitter"in baş icraçı direktoru (CEO) İlon Mask sosial media platformasında milyonlarla istifadəçinin marağına səbəb olan yeni funksiyaları açıqlayıb.
  
AZXEBER.COM xəbər verir ki, İlon Musk bu barədə "Twitter" hesabında paylaşım edib.

Tətbiqin son versiyasında istifadəçilərin ən son deyil, söhbətdə istənilən mesaja cavab verə biləcəyini bildirən Mask bu mesajlara emojilərlə də cavab verilə biləcəyini qeyd edib.
 
Mask həmçinin mesajları yalnız göndərən və qəbul edənin görə biləcəyi şifrələnmiş birbaşa mesaj qurğusunun da təqdim ediləcəyini bildirib.

Qeyd edək ki, çox yaxında "Twitter"də səsli və görüntülü söhbətin mümkünlüyünə işarə edən Mask "Beləliklə, telefon nömrənizi vermədən dünyanın istənilən yerində insanlarla danışa bilərsiniz", - deyib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR