"İlqar kimi, Erkin kimi, Xədicə kimi “demokrat”ların maskası cırılıb, yırtılıb"

"İlqar kimi, Erkin kimi, Xədicə kimi “demokrat”ların maskası cırılıb, yırtılıb"
SİYASƏT
17:15 03.03.2014
1305

“ABŞ Dövlət Departamentinin indiyə qədər yaymış olduğu bütün hesabatlar kimi, hazırda gündəmi zəbt edən növbəti hesabatı da ümumiləşmiş və sırf şablon ruhunda olan bir sənəddir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə dünyada insan haqlarına dair hesabatının Azərbaycanla bağlı bölümünü şərh edərkən söyləyib.O qeyd edib ki, bu təxminən keçmişdə komsomol iclaslarının yekun protokollarındakı yer alan məcburi iradlara bənzəyir və ya bir növ ənənəvi fəaliyyətin ayrılmaz hissəsini kimi çıxış edir.“Eyni zamanda həmin hesabatı yayan fövqəldövlətin daha kiçik dövlətlərə münasibətində (guya) subordinasiyanın gözlənilməsini, demokratiyaya dəstək görüntüsünün yaradılmasını və dünya siyasətindəki şəraitə adekvat rol alıb bəlli təsir mexanizmlərini işə salmağı qarşısına məqsəd qoyur. Halbuki, hətta bu məqamda belə daha səmimi görünmək və daha məntiqli rakursdan çıxış etmək mümkün idi. Yəni, ən azından daha abstrakt prioritetləri ön plana çəkib peşəkarcasına “oynamaq” olardı. Amma göründüyü kimi departament hələ bizlərə “çevir tatı-vur tatı” fəlsəfəsini xırdalayır və klassik təfəkkürdən çıxmamaqda sanki israrlı kimi görünür...”, - E.Musayev deyib.O, hesabatda 2010-cu ildə Parlament və 2013-cü ildə Prezident seçkilərindən bəhs olunmasına toxunaraq deyib.“Adamdan soruşarlar: Niyə belə tez? Və ya niyə durduq yerdə, üstəgəl 3-4 ildən sonra qərara gəldiniz ki, Azərbaycanda keçirilən son seçkilərdə nöqsanlar olub? Qaranquşlarmı pıçıldadı qulağınıza? Yoxsa “Human Rights Watch” kimi himayənizdə olan “işverənlər”inmi donosları köməyinizə çatdı, işinizə yarıdı?Sənədin bir başqa bölümündə isə son Prezident seçkiləri zamanı təbliğat imkanlarının məhdudlaşdırılmasından danışılır. Yenə də maraqlıdır, söhbət hansı məhdudlaşdırmadan gedir görəsən? Həmin seçkidə hər kəs üçün təbliğat imkanları bərabər bölünməmişdimi?Müxalifətin 2 cüt-bir tək adamdan ibarət yarıtmaz mitinqlərini, Milli Şuranın səbatsız lideri Cəmil Həsənlinin təhqiramiz çıxışlarını hamılıqla, bərabər izləmədikmi? (bu yerdə xüsusi bir arayış verim ki, Həsənlinin həmin çıxışlarda səsləndirdiyi iftiraları qüvvədə olan Cinayət Məcəlləsinin ən azından tən yarısı ilə tövsif etmək olardı. Hakimiyyət isə növbəti dəfə humanist addım atıb belə bir təşəbbüsdən vaz keçdi). Yoxsa departamentin mirzələri düşünür ki, təbliğat görüşlərinə radikal müxalifətin elektoratını da iqtidar səfərbər etməli idi?Hələ bir başqa bənddə QHT-lərlə bağlı narahatçılıq ifadə olunur. Səbəb? - Səbəb odur ki, artıq Azərbaycan qanunvericiliyində QHT-lərlə bağlı edilən son dəyişikliklərdən sonra Qərb üçün öz əlaltılarını həmin təsisatların adı ilə yemləmək müşkülə çevrilib.İlqar kimi, Erkin kimi, Xədicə kimi “demokrat”ların maskası cırılıb, yırtılıb. Həmin uğursuzlara qoyulan maya batıb. Odur ki, eyni adlı prosesin psixoloji anlamda həzm edilə bilməməsini hesab edirəm ən azından qarşı tərəfin nöqteyi-nəzərincə başa düşmək olar. Ona görə də departament öz şablon hesabatına həmin nüansı əlavə etməklə sanki təskinlik tapmağa çalışıb.Və ən nəhayət... son olaraq bir məqama toxunum: Elan olunmuş hesabatda həm də Azərbaycanda həyata keçirilən “ədalət mühakiməsi”nin və ümumən məhkəmə sisteminin beynəlxalq standartlara uyğun olmadığı qeyd olunur. Belə olan halda isə həmin sənədi hazırlayanlara deyiləcək tək bir söz qalır: “Əgər beynəlxalq standart dediyiniz zad “Quantanamo” həbsxanasında insanları aylarla, illərlə, ailə üzvlərinə belə xəbər vermədən saxlamaqdırsa, bütün normaları, çərçivələri, Beynəlxalq Konvensiyaları yalnız özünə sərf etdiyində görməkdirsə - o zaman lazım deyil bizə bu cür beynəlxalq standartlar! Saxlayın özünüzə, gərəyiniz olar!” - politoloq deyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Rusiya "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi apara bilər
19:23 16.05.2025
Ukrayna və Rusiya "1000-in 1000-ə" formulu üzrə əsir mübadiləsi apara bilər
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
19:09 16.05.2025
Fon der Lyayen: Avropa qitədə sülhü qorumağa hazırdır
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
18:53 16.05.2025
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
18:46 16.05.2025
Tarixi əsər qaçaqmalçılığı əməliyyatı nəticəsində 2 nəfər SAXLANILDI
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
18:40 16.05.2025
Uzun müddət oturaq işdə çalışmağın səbəb olduğu XƏSTƏLİK
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
18:40 16.05.2025
"Çelsi" klubunun sahibi cinsi təcavüzdə ittiham olunur
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
18:27 16.05.2025
Avtobus park edilmiş avtomobilə çırpıldı, yaralılar var
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
18:27 16.05.2025
Tramp: Yaxın Şərq turnesi 12-13 trilyon dollarlıq investisiya razılaşması ilə nəticələnib
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
18:14 16.05.2025
Aİ Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiya tədbirləri planlaşdırır
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
17:49 16.05.2025
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
17:37 16.05.2025
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
17:34 16.05.2025
"Kann Film Festivalı"nda hündür saç düzümləri qadağan olunur?
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
17:34 16.05.2025
Təhsildə müasir trendlər – Pedaqoqlar üçün süni intellekt mövzusunda interaktiv sessiya keçirildi
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
17:18 16.05.2025
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
17:13 16.05.2025
Ukrayna heyəti İstanbulda sülh barədə qərarlar qəbul etməyə hazırdır
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı
16:54 16.05.2025
İmişlidə dəhşət: məktəbli qızın meyiti tapıldı