Bu gün Ali Məhkəmədə "REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Musavat Partiyası başqanının müavini Tofiq Yaqublunun barələrində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Məhkəmə prosesi İlqar Məmmədovun iştirakı olmadan keçirilib. Hakim Əli Seyfəliyevin qərarı ilə kasassiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
T.Yaqublu bu il əfvlə azadlığa buraxılıb.