Avqustun 14-də Nəsimi Rayon Məhkəməsi REAL hərəkatının sədri İlqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini 2 ay müddətinə uzadıb. Məlumatı “Media forum” saytına vəkil Fuad Ağayev verib.
İlqar Məmmədov fevralın 4-dən həbsdədir. Yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə tutulan REAL hərəkatının sədri kütləvi iğtişaşlarda günahlandırılır. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.