Real Vətəndaş Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun apelyasiya məhkəməsi sabaha təyin olunub. Bu haqda “Bastainfo.az” saytına vəkil Nemət Kərimli məlumat verib.
Qeyd edək ki, Şəki Apelyasiya Məhkəməsində bu proses aprelin 22-də başlayıb. Apelyasiya Məhkəməsində vicdan məhbusu İlqar Məmmədovun həbsdən azad edilməsi haqqında vəsatət təmin edilməyib. Bütün tərəflərin çıxışları dinlənilib, apelyasiya şikayəti üzrə yalnız qərarın elan olunması qalıb.