İlqar Qurbanov: "Mənə baxanda Vaqifin cəzası yüngüldür"

İDMAN
01:11 20.10.2011
1818
“Qarabağ”ın yarımmüdafiəçisiİlqar Qurbanovİntizam Komitəsinin milli komandamızın hücumçusu Vaqif Cavadovla bağlı qərarına münasibət bildirib.Qurbanov Qol.Az-ın müxbiri ilə söhbətində dayısıoğluna verilən cəzanın ağır olduğunu söyləyib. Ancaq bununla belə, İlqar Vaqifə verilən cəzanın özü ilə müqayisədə yüngül olduğunu dilə gətirib:“Nə olursa olsun, millinin qapısı hər bir futbolçunun üzünə açıq olmalıdır. Mən Vaqifin yığmadan imtina etdiyinə inanmıram. Ağır cəzadır. Amma mənə baxanda Vaqifin cəzası bir az yüngüldür (gülür). Çünki mən 3 ildir yığmaya çağırılmıram, Vaqifə isə bir illik cəza veriblər”.İlqar millidə çıxış edən aparıcı futbolçuların belə cəzalandırlmasının əleyhinədir: “Vaqif millinin aparıcı oyunçularından biridir. Bu cür futbolçuları dərhal cəzalandırmaq əvəzinə, onları çağırıb, söhbət eləmək, məsələni aydınlaşdırmaq lazımdır. Heç bəlkə Vaqif belə söz deməyib. Ancaq mənə elə gəlir ki, müəyyən müddətdən sonra cəzanı yüngülləşdirəcəklər”.Qeyd edək ki, Vaqifin məsələsini araşdıran AFFA İntizam Komitəsinin bu gün açıqladığı qərara əsasən hücumçu bir il müddətinə milli komandadan kənarlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR