İstanbul bələdiyyə sədri Ekrem İmamoğlunun qanunsuz əmlak əməliyyatları üzə çıxıb.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, Ekrem İmamoğlunun adına müxtəlif yollarla əldə edilmiş çoxsaylı daşınmaz əmlak qeydiyyatdadır.
Onun Balıkəsir, İstanbul-Beylikdüzü, Çanaqqala və Bayramiçidə 17 ədəd daşınmaz əmlakı satış yolu ilə əldə etdiyi, Həsən İmamoğlu adlı şəxsdən isə Balıkəsir-Edremitdə yerləşən 5 ədəd daşınmaz əmlakın bağışlanma yolu ilə bələdiyyə sədrinin adına keçdiyi bildirilib.
Qeyd olunub ki, İmamoğlunun 2020-2025-ci illərdə müxtəlif tarixlərə aid ticarət fəaliyyətləri zamanı fırıldaqçılıq halları aşkar olunub