“İmarət” stadionunun tikintisinə 60 milyon ayrıldı

“İmarət” stadionunun tikintisinə 60 milyon ayrıldı
İDMAN
20:50 05.01.2026
223
Gənclər və İdman Nazirliyi "PMD Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

AZXEBER.COM İqtisadiyyat.az-a istinadla xəbər verir ki, müqavilədə "İmarət” stadionun tikinti işlərinin birinci mərhələsinin satın alınması nəzərdə tutulub.

Müqavilənin maliyyə dəyəri isə 60,5 milyon manat müəyyənləşib.

Qeyd edək ki, "PMD Project” şirkətinin direktoru Nəriman Topçibaşevdir. O, 2021-ci ildən MMC-nin direktoru olaraq çalışır.
OXŞAR XƏBƏRLƏR