İmişli sakini tanışını güllələdi

KRİMİNAL
21:55 11.06.2020
2530

İmişli rayon sakini ehtiyatsızlıqdan öz tanışını odlu silahla yaralayıb.

AZXEBER.COM report.az-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Bəhrəmtəpə qəsəbəsi ərazisindəki süni gölün ətrafında qeydə alınıb.

 

Belə ki, həmin qəsəbənin sakini, 1990-cı il təvəllüdlü Ənvər Abuzər oğlu Sadıqov "MR-27" markalı ov tüfəngi ilə quşa atəş açan zaman güllə tanışı, 1992-ci il təvəllüdlü Röyal İlqar oğlu İbrahimliyə dəyib. Yaralının Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR