İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı
HADİSƏ
23:27 10.05.2025
395
İmişlidə 33 yaşlı kişi bıçaqlanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhərində baş verib. Rayon sakini, 1992-ci il təvəllüdlü Cavadov Xanəhməd Ehtiram oğlu bədəninin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR