Bu barədə APA-nın Mil-Muğan bürosuna İmişli rayon Polis Şöbəsindən məlumat verilib. Qəza ötən gecə saat 22.00 radələrində İmişli-Qaravəlli avtomobil yolunda qeydə alınıb. Beyləqan rayon sakini, 1970-ci il təvəllüdlü Mayıl Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən Qaralar kəndinin yol qovşağında İmişli rayon Bəcirəvan kənd sakinləri - 51 yaşlı Mahmudov Səməd Qulu oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə və 1978-ci il təvəllüdlü Əsgərov Nəsimi Təyyar oğlunun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində motosikletin sürücüsü, “Mercedes”də olan sərnişinlər - Beyləqan rayon sakinləri 31 yaşlı Hüseynova Gülüş Bəhlul qızı və 4 yaşlı Məmmədova Nuray Mayıl qızı, “VAZ 2107” markalı avtomobilin sürücüsü və onun ailə üzvləri - 1959-cu il təvəllüdlü Ceyran Mahmudova, 2009-cu il təvəllüdlü Rəqsanə Mahmudova, 1985-ci il təvəllüdlü Elgün Mahmudov, 1991-ci il təvəllüdlü Könül Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.