Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində batan şəxsin kimliyi bilinib.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, o, 2008-ci il təvəllüdlü Süleyman Cahangirlidir.
Onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.