İmişlidə çınqıl karxanasında ölüm olub

İmişlidə çınqıl karxanasında ölüm olub
HADİSƏ
22:49 15.11.2025
161
İmişlidə çınqıl karxanasında bədbəxt hadisə baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən karxanalardan birində qeydə alınıb.

Belə ki, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Mansur Hüseyn oğlu Həsənov yük maşınına çınqıl yükləyən zaman baş nahiyəsindən ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR