İmişlidə iki avtomobil toqquşub, altı nəfər xəsarət alıb

İmişlidə iki avtomobil toqquşub, altı nəfər xəsarət alıb
SOSİAL
14:17 05.08.2025
266
İmişli rayonunda iki minik avtomobili toqquşub.

Hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı"Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan altı nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///report
OXŞAR XƏBƏRLƏR