İmişli rayonu, Telişli kəndində yanğın qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, İmişli rayonu, Telişli kəndində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.