Su polisi brakonyerlik edən şəxsi saxlayıb.
Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olan A. Şirinov saxlanılıb.
Həmin şəxsdən müxtəlif növ qadağan olunmuş ov alətləri, eləcə də qanunsuz ovlanmış balıqlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun və digər ekoloji hüquqpozmaların qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir.











































