İmişlidə qəzada ölən və xəsarət alan sərnişinlər ər-arvad imiş

İmişlidə qəzada ölən və xəsarət alan sərnişinlər ər-arvad imiş
SOSİAL
18:32 09.11.2026
77
İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, KIA markalı minik avtomobilinin sərnişinləri - 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva və 1981-ci il təvəllüdlü Mənsur Rzayev ər-arvad olublar. Qəza nəticəsində Gülrəng Əliyeva həyatını itirib, Mənsur Rzayev isə xəsarət alıb.

Qeyd edək ki, hadisə zamanı minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov da həlak olub. Avtomobildə olan hər üç şəxs Füzuli rayon sakinidir.

Məlumata görə, qəza 1982-ci il təvəllüdlü Emin Ələkbərovun idarə etdiyi DAF markalı yük avtomobili ilə Həsən Həsənovun idarə etdiyi KIA markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
OXŞAR XƏBƏRLƏR