İmişlidə törədilən qətlin təfərrüatı - Öldürüb, daha sonra…

İmişlidə törədilən qətlin təfərrüatı - Öldürüb, daha sonra…
SOSİAL
21:31 26.07.2019
2883
İmişli rayonunda qətl törədilib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, iyulun 20-də İmişlinin Çaxırlı kəndində törədilmiş cinayətin təfərrüatları üzə çıxıb.

Məlum olub ki, 1969-cu il təvəllüdlü Verdiyev Polad Ərşad oğlunu qohumu qətlə yetirib. Belə ki, onu Füzuli rayonundan məcburi köçkün 1959-cu il təvəllüdlü İsayev Qərib Bahadır oğlu dəmir parçası ilə qətlə yetirib və daha sonra meyitini gölə atıb.

Hazırda meyitin sudan çıxarılması istiqamətində axtarış tədbirləri görülür. 

Hadisəni törətmiş şəxs tutulub. 
OXŞAR XƏBƏRLƏR