İmişli rayonunda baş verən qəzada 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün saat 14:00 radələrində İmişli-Saatlı avtomobil yolunun 3 kilometrliyində, Cavadxanlı kəndi ərazisində qeydə alınıb.Belə ki, İmişli istiqamətində hərəkətdə olan 1985 ci il təvəllüdlü İntiqam Nuriyevə məxsus “Vaz-2107” markalı avtomobillə qarşı istiqamətdən gələn 1990-cı il təvəllüdlü Mahir Nurullayevin idarə etdiyi “Qaz-2410” markalı minik maşını ilə toqquşub.Qəza nəticəsində hər iki sürücü və avtomobillərdə olan sərnişinlər - 47 yaşlı Adil Quliyev, 14 yaşlı Mirzəxan Yusifzadə, 15 yaşlı Rauf Kazımov və 38 yaşlı Behbud Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.Faktla bağlı araşdırma aparılır.