“İmkan olduqca uşaqlarla futbol oynayıram” – Azərbaycanlı nazir

“İmkan olduqca uşaqlarla futbol oynayıram” – Azərbaycanlı nazir
SOSİAL
11:03 30.08.2016
2017
Xarici işlər naziri Elmar Məmmədyarov üzvü olduğu AFFA İcraiyyə Komitəsinin iclasından sonra brifinq keçirib.
Nazir əvvəlcə toplantı barədə danışıb...
- Görüşdə nələr müzakirə olundu?
- Görüş çox maraqlı keçdi. İclasda müxtəlif məsələləri ətraflı müzakirə etdik. AFFA-da belə sərbəst müzakirələrin getməsi çox sevindirici haldır. İndi də danışırdıq ki, iki klubumuz yenə Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Əfsuslar olsun ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədi. Amma buna imkan var idi. "Qarabağ"ın Çexiya "Viktoriya"sı ilə ev oyununda stadionda oldum. Çox təəssüf ki, 85-ci dəqiqədə qol buraxaraq, qitənin ən nüfuzlu klub turnirində yolumuza davam edə bilmədik. Amma doğrudan da futbolumuz klub səviyyəsində tam şəkildə inkişaf gedir. Millimiz isə dünya çempionatında mübarizəyə başlayır. Sentyabrın 4-də komandamızın San Marino ilə səfər matçından qələbə ilə qayıdacağına inanıram. Çox istəyirəm ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında böyük hörmətlə Azərbaycan yığmasının azarkeşi kimi iştirak edək. Buna imkan da, potensial da, motivasiya da var. Sadəcə, daha da çox işləmək lazımdır. Olimpiadada 18 medal qazanan ölkəni komanda şəklində təmsil edən də olmalıdır ki, beynəlxalq səviyyədə böyük inkişaf getsin.
- Futbol idarəçiliyində adaptasiya dövrünü arxada qoymusunuz?
- Azərbaycanda elə bir şəxs varmı ki, uşaqlıqdan futbol oynamasın? Adaptasiya lazım deyil. İlk gündən özünü azarkeş kimi hiss etmirsən, imkan olduqca meydana çıxırsan. Baxmayaraq ki, 56 yaşımdayam, bir az çətindir. Amma yenə də imkan olduqca uşaqlarla oynayıram.
- Azərbaycanlı iş adamı Hafiz Məmmədovun ermənilərin çoxluq təşkil etdiyi Fransada "Lans"ı satın alması və sonradan bu layihənin uğursuz olması xarici siyasətimizə ziyanlı addım kimi qiymətləndirilir. Bununla bağlı xarici işlər Nazirliyi kömək etməyi düşünmür?
- Birincisi, bunun ziyan olduğunu qəbul etmirəm. Çünki bu, biznes layihəsidir. Hansısa klubu alıb-satmaq öz təşəbbüsü, fikri, qərarıdır. Yadımdadır ki, "Atletiko"nun forması üzərinə "Land of Fire Azerbaijan", sonra isə "Baku 2015 I European Games" yazılmışdı. Bu da böyük təbliğatdır. Təsadüfi deyil ki, "Atletiko" Çempionlar Liqasının finalına çıxmışdı və formasının üzərinə Azərbaycanın adı yazılmışdı. "Lans"a gəldikdə, bu, hər bir biznesmenin öz təşəbbüsü, qərarıdır. Hökumət bu məsələyə qarışmır. Alqı-satqını necə aparmağı, müqavilədə nələri göstərməyi özləri bilirlər. Amma təbliğat baxımından, inanıram ki, bu, düzgün addımdır. Çünki Azərbaycanın adı həm Avropada, həm də dünyada çəkilirdi. Ona görə mən tərəfdarıyam ki, Azərbaycanı dünyada geniş təbliğ etmək yaxşı təşəbbüsdür.
- İki klub qışadək hərəyə 3 dəfə səfərə gedəcək. İdman jurnalistləri üçün xarici səfərlərdə viza məsələsini sadələşdirməyiniz mümkündür?
- Problem yoxdur. Problem olsa, AFFA vasitəsilə bizə müraciət edin, hərtərəfli kömək edərik.
///Qaynarinfo.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı