Çimnaz Sultanova: "Bu şəxs istər sevgili olsun, istər..."

Çimnaz Sultanova: "Bu şəxs istər sevgili olsun, istər..."
MAQAZİN
22:27 29.03.2019
6356
"Bəzən elə olur ki, qarşımızdakı şəxs qəlbimizi qıracaq hərəkətlər edir, bizi yaralayacaq sözlər deyir və bəlkə də onun bu hərəkətlərinin bizi necə dərindən yaraladığından xəbəri belə olmur. Bu şəxs istər sevgili olsun, istər dost olsun, istərsə də çox sevdiyimiz bir yaxınımız olsun. Necə hiss etdiyimizi həmin şəxsə bildirmək üçün sosial şəbəkələrdə müxtəlif ağlamalı statuslar yazmalı oluruq. Həmin şəxs görsün, görsün ki necə yara qoyub qəlbimizdə, görsün peşman olsun deyə".

Bu sözləri "Vicdan haqqı" serialındakı Larisa obrazından sonra böyük populyarlıq qazanan aktrisa Çimnaz Sultanova instaqramda yazıb. Eyni zamanda müğənniliklə məşğul olan aktrisa onu incidənlərə sosial şəbəkə vasitəsi ilə mesaj göndərərək həssas insan olduğunu vurğulayıb:

"Ağlamaq gözlərdəki yaşı boşaldır, acın isə həmişə təzə qalır". (publika.az)
OXŞAR XƏBƏRLƏR