Çimnaz Sultanovanın hesabı ələ keçirildi - Paylaşımlar silindi

Çimnaz Sultanovanın hesabı ələ keçirildi - Paylaşımlar silindi
MAQAZİN
11:50 27.05.2025
371
Mərhum Çimnaz Sultanovanın "Instagram” səhifəsi naməlum insanlar tərəfindən oğurlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə mərhum aktrisanın "Facebook” profilində məlumat verilib.

Bildirilib ki, səhifənin adı "Cimnazsultanova"dan "Cimnazsultanova_funpage" olaraq dəyişdirilib və aktrisanın yayımladığı bütün postlar silinib.

"Bu səhifəni başqa yolla silmək mümkün olmadığından, xahiş edirik hamılıqla kütləvi şəkildə şikayət edəsiniz” - məlumatda bildirilir.

Xatırladaq ki, aktrisa bu il yanvarın 15-də xərçəng xəstəliyindən dünyasını dəyişib.

Çimnaz Sultanova "Vicdan haqqı”, "Sənə inanıram”, "Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.
OXŞAR XƏBƏRLƏR