İmplant hansı dişlərə qoyula bilər? – ABŞ təhsilli implantoloq danışır

SAĞLAMLIQ
14:05 29.06.2018
19204
"Premium Dental” Stomatoloji Klinikasının baş həkimi, tanınmış həkim-stomatoloq, İmplantoloq, PhD. Dr. Azər İsmayılovun KLİNİK.AZ-a müsahibəsi

Dosye: Ölkənin tanınmış implantoloqlarından olan Dr. Azər İsmayılov Azərbaycan Dövlət Tibb Universitetini bitirib. ABŞ (New York College of Dentistry), Almaniya, İsveçrə, İtaliya və digər ölkələrdə ixtisas artırıb və ölkəmizin ən böyük stomatoloji klinikalarından biri – "Premium Dental” Stomatoloji Klinikasının rəhbəridir.

– Azər bəy, müasir stomatogiya yeni mərhələyə qədəm qoyub. Stomatologiyada "XXI əsrin qızıl standartı” – implantologiya tətbiq edilməyə başlayıb və bildiyimiz qədər siz bu sahədə xaricdə təhsil almış azsaylı mütəxəssislərdən birisiniz. İmplantologiya nədir?

– İmplant çəkilmiş dişlərin yerinə dişin funksiyasını yerinə yetirməsi üçün çənə sümüyünə yerləşdirilən süni diş köküdür. İmplantlar estetik olaraq heç bir problem yaratmır. İmplantlar əksər hallarda titan elementindən hazırlanır. Bəzi növ implantlar da var ki, onlar titan və zirkon elementlərinin qarışığından hazırlanır.

– İmplantlar nə qədər təhlükəsiz və uzun ömürlüdür?

– İmplantlar uzun ömürlüdürlər və sümük toxumasında hər hansı bir problem yaratmırlar. Lakin burada çox ciddi faktorlar var. Əvvəla implant peşəkar cərrah tərəfindən qoyulmalıdır. Keyfiyyətli implant markası istifadə edilməlidir. Eyni zamanda xəstə implant dişə də digər dişlər dişlər kimi nəvazişlə yanaşmalı, onlara vaxtaşırı qulluq etməlidir.

– İmplant zamanı xəstə hepatitə yoluxa bilərmi?

– Heç şübhəsiz alətlərin, eyni zamanda stomotoloji ucluqların sterilizasiyası düzgün qaydada aparılarsa, heç bir problem ola bilməz. Hazırda bizim çalışdığımız klinikada sterilizasiya Avropa prokollarına uyğun olaraq aparılır. Biz hər bir alət və ucluğa fərdi yanaşırıq. Bizə müraciət edən xəstələr əvvəlcə klinikada aparılan sterilizasiya ilə tanış olurlar. Şəxsən bizim klinikada bu cür halların olmamasına təminat veririk.

– İmplant qoyulması zamanı xəstə hansı diskomfort hiss edə bilər?

– İmplant qoyulması heç bir narkoz, ağrı olmadan yerli keyitmə üsulu ilə aparılır. Xəstələr əmək fəaliyyətinə ara vermirlər və heç bir diskomfort yaşamırlar. Bu məqamda bir misal çəkmək istərdim. İmplant məsələsinə yanaşmada belə bir deyim var: "Mismarı dartıb çıxarmaq asandır, yoxsa vurmaq”. Cavab sadədir: Əlbəttə vurmaq. İmplant qoyulması da buna bənzəyir və xəstələr heç bir narahatlıq hiss etmirlər.

Dr. Azər İsmayılova müraciət etmək istəyənlər:

(050) 336-68-96
 

OXŞAR XƏBƏRLƏR