İmtahanda yüksək bal yığmağın formulu - AÇIQLAMA

İmtahanda yüksək bal yığmağın formulu - AÇIQLAMA
SOSİAL
23:14 15.05.2026
653
İmtahan dövrü abituriyentlərin həyatında həm biliklərin yoxlanıldığı, həm də psixoloji gərginliyin artdığı ən həssas mərhələlərdən biridir. Bu dövrdə gənclər təkcə dərs yükü ilə deyil, həm də gələcəklə bağlı narahatlıqlar və sosial təzyiqlərlə üzləşirlər. Bir çox hallarda uğur və uğursuzluq anlayışı həddindən artıq qabardılır və bu da əlavə stress yaradır. Halbuki imtahan prosesi yalnız akademik biliklərin deyil, psixoloji dayanıqlığın da sınağı kimi qiymətləndirilməlidir. 

Mövzu ilə bağlı psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, imtahan dövrü abituriyentlərin həyatında yalnız akademik deyil, eyni zamanda ciddi psixoloji yüklənmə mərhələsidir:

"Bu mərhələdə bir çox gənc yalnız suallarla deyil, uğursuzluq qorxusu, ailə gözləntiləri, özünü müqayisə etmə, gələcəklə bağlı qeyri-müəyyənlik və daxili təzyiqlə mübarizə aparır. Bəzən valideynlər və müəllimlər düşünürlər ki, əsas problem dərs yüküdür. Halbuki bir çox hallarda uşağı yoran dərsin özü deyil, "mütləq uğur qazanmalıyam” düşüncəsinin yaratdığı psixoloji gərginlik olur. Stress müəyyən həddə qədər normal və hətta faydalıdır. O, insanı diqqətli və məsuliyyətli olmağa sövq edir. Lakin stress idarəolunmaz səviyyəyə çatdıqda diqqət zəifləyir, yaddaş fəaliyyəti pozulur, emosional gərginlik artır və nəticədə şagird bildiyini belə tətbiq etməkdə çətinlik çəkir. İmtahanda yüksək nəticə üçün yalnız bilik kifayət etmir, psixoloji dayanıqlıq da burada çox vacib rol oynayır".

Psixoloq deyib ki, abituriyentlər ilk növbədə özlərinə qarşı münasibətlərini dəyişməlidirlər:

"Bir imtahan insanın bütün həyatını müəyyən etmir. Təəssüf ki, bəzi gənclər nəticəni şəxsiyyətlərinin dəyəri ilə əlaqələndirirlər. Bal az olduqda bunu "mən uğursuzam” kimi qəbul edirlər. Bu isə ciddi emosional sarsıntılar yarada bilir. Halbuki imtahan nəticəsi sadəcə müəyyən bir mərhələnin göstəricisidir, insanın potensialının tam ölçüsü deyil.

Hazırlıq prosesində düzgün rejim çox önəmlidir. Gecə saatlarına qədər fasiləsiz dərs oxumaq bəzən məhsuldarlığı artırmır, əksinə zehni yorğunluğu dərinləşdirir. Beyin də bədən kimi istirahətə ehtiyac duyur. Yuxu pozulduqda diqqət, yaddaş və emosional tənzimləmə zəifləyir. Xüsusilə son aylarda gənclərin telefon və sosial media istifadəsini nəzarətdə saxlaması vacibdir. Sosial şəbəkələrdə başqalarının nəticələri, planları və uğurları ilə davamlı müqayisə gəncdə özünəinam itkisi yarada bilir.

Valideynlərin yanaşması burada həlledici faktorlardan biridir. Bəzən valideynlər yaxşı niyyətlə "daha çox oxu”, "vaxt azalır”, "hamı hazırlaşır” kimi cümlələr qururlar. Amma bu ifadələr bəzi uşaqlarda motivasiya yox, daxili panika yaradır. Uşaq evdə özünü təhlükəsiz və qəbul olunmuş hiss etməlidir. O bilməlidir ki, ailəsinin sevgisi onun nəticəsindən asılı deyil. Ən böyük psixoloji dəstək uşağa "sən çalışırsan və bu bizim üçün dəyərlidir” mesajını verməkdir".

O deyib ki, imtahana az qalmış dövrdə yeni və ağır mövzulara başlamaqdansa, mövcud bilikləri sistemləşdirmək daha faydalıdır:

"Həddindən artıq informasiya yüklənməsi beyində qarışıqlıq yarada bilir. Eyni zamanda nəfəs məşqləri, qısa gəzintilər, fiziki aktivlik və düzgün qidalanma da stresin idarə olunmasına ciddi təsir edir. Dünyada aparılan bir çox psixoloji araşdırmalar göstərir ki, fiziki hərəkət və keyfiyyətli yuxu imtahan performansına birbaşa təsir edən amillərdəndir.

Ən vacib məqamlardan biri isə budur ki, gənc özünü yalnız nəticə üzərindən tanımasın. İnsan həyatında uğur təkcə bir imtahanla müəyyən olunmur. Bəzən yüksək bal toplayan biri sonradan özünü tapa bilmir, bəzən isə imtahanda istədiyi nəticəni əldə etməyən bir insan gələcəkdə çox uğurlu olur. Həyat daha uzun və daha mürəkkəb bir prosesdir. İmtahan isə bu yolun sadəcə mərhələlərindən biridir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
13:53 22.07.2026
Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
13:50 22.07.2026
Diplomsuz həkimlər, zirzəmiyə atılan döl, “TikTok” həkimləri – Özəl klinikalarda baş verən qalmaqallar
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO
13:32 22.07.2026
Lerikin məşhur şəlaləsini zibilliyə döndərdilər - VİDEO