İmtahandan aşağı nəticə göstərən müəllimlərin dərs yükü minimuma endiriləcək - Rəsmi

İmtahandan aşağı nəticə göstərən müəllimlərin dərs yükü minimuma endiriləcək - Rəsmi
SOSİAL
13:40 04.06.2018
3564
"Diaqnostik qiymətləndirmədə çox aşağı nəticə göstərən müəllimlər ən minimum dərs yükü ilə təmin olunurlar. Yəni onlara 6 saatdan çox dərs verilmir. Təhsil Nazirliyinin bununla bağlı, yerli təhsil idarəetmə orqanlarına, müəssisə rəhbərlərinə müxtəlif təlimatları var".

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

O bildirib ki, sonuncu diaqnostik qiymətləndirmədə müxtəlif fənlərdən aşağı nəticə göstərən müəllimlər var: "Bu amil dərs yükü bölüşdürülərkən çox ciddi şəkildə nəzərə alınacaq".

E. Bağırov qeyd edib ki, diaqnostik qiymətləndirmə mütəmadi olaraq keçirilir: "Aşağı nəticə göstərən müəllimlər üçün növbəti qiymətləndirmə zamanı şərait yaradılacaq və hər bir müəllim öz nəticəsini yüksəltmək imkanına malik olacaq".
OXŞAR XƏBƏRLƏR