İmzanı Azercell ilə tanıt!

İQTİSADİYYAT
14:50 19.06.2019
3568

Azercell ölkəmizin istedadlarına dəstək verir

Şirkətin  mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, hər zaman yenilikçi ideyaları və təşəbbüsləri dəstəkləyən Azercell son günlər ərzində sosial şəbəkələrdə gündəmdə olan "İmzanı Tanıt” çağırışına dəstək oldu. Qeyd edək ki, iyun ayının əvvəlindən etibarən məşhur bloggerlər, aparıcılar və media nümayəndələri sosial şəbəkələrdə rezonans yaradaraq, istedadına və bacarığına güvənən yaradıcı şəxsləri öz əl işlərini #imzanitanit "hashtag”ı altında paylaşıb, imzalarını geniş kütləyə tanıtmağa təşviq etdilər. Çağırış çox qısa müddət ərzində hər kəsin rəğbətini qazanmağa müvəffəq oldu və yüzlərlə sənətkar bu fikir ətrafında cəmlənərək istedadlarını sosial şəbəkələrdə nümayiş etdirdilər.  

Ölkəmizdə gənclərin peşəkar və fərdi inkişafına, mütaliə mədəniyyətinin təbliğ edilməsinə daim öz töhfəsini verən Azercell şirkəti Azərbaycanda istedadları kəşf etməyə fürsət yaradan "İmzanı Tanıt” sosial təşəbbüsünə də biganə qalmayıb. Sosial hərəkata dəstək olmaq məqsədilə ən maraqlı paylaşımlar şirkətin xüsusi münsiflər heyəti tərəfindən seçilib, Azercell-in sosial media səhifələrində bütün ölkəyə tanıdılacaq.

 

Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan etməyi hədəfləyən Azercell,  bununla da kifayətlənməyib. Azercell şirkəti "İmzanı Tanıt” çağırışını ölkəmizdə kiçik sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizi təbliğ etmək fürsəti kimi dəyərləndirir və sosial şəbəkələrdə dəstək olmaqla yanaşı, layihənin daha geniş miqyasda tanınması və daha çox məzmunun toplanması məqsədilə tez bir zamanda "İmzanı Tanıt” platformasını istifadəyə təqdim edəcəyini açıqlayıb. Sayt yaradıcılıq fəaliyyətinə əməklərini həsr etmiş ustadların nəinki ölkə hüdudlarında, hətta xaricində də tanınmasına səbəb olacaq və dünyaya ölkəmizin istedadlar məkanı olduğunu bir daha nümayiş etdirəcək.

Odur ki, bizi @azercell və @imzanitanit Instagram, həmçinin müvafiq Facebook səhifələrindən izləyin və layihənin ən son yeniliklərindən xəbərdar olun!

Sən də bizə qoşul və imzanı milyonlara tanıt!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:39 26.11.2020

Azərbaycan Əfqanıstanla əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə edib

15:17 26.11.2020

DİN əhaliyə çağırış etdi - VİDEO

15:04 26.11.2020

Maradona ilə vida mərasimində azarkeşlərlə polis arasında münaqişə oldu

14:43 26.11.2020

"Fransa ATƏT-in Minsk qrupundan çıxarılsın" - Milli Məclis bəyanat yaydı

14:42 26.11.2020

Binəqədi rayonunda reydlər davam etdirilir - FOTO

14:41 26.11.2020

Gürcüstanda yeni məhdudiyyət qüvvəyə minir

14:35 26.11.2020

Paşinyan 2021-ci ilin iyununa qədər vaxt istədi

14:19 26.11.2020

Atanın hər iki gözünü itirmiş oğluna dediyi sözlər hər kəsi kövrəltdi - VİDEO

14:16 26.11.2020

“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”

14:16 26.11.2020

Ermənilər şokda: Özlərinin yandırdığı kənddə yaşayacaqlar - FOTO

14:11 26.11.2020

"Fransadan hər hansı bir ədalət, demokratiya gözləmək mənasızdır"

13:59 26.11.2020

Ruhi Elçinin evinə getdi: "Sağalması üçün əlimdən gələni əsirgəməyəcəm"

13:47 26.11.2020

Türkiyədə dövlət çevrilişinə cəhd edənlərə ömürlük həbs cəzası verildi

13:38 26.11.2020

Azərbaycanda SMS icazə bərpa edilir? - AÇIQLAMA

13:37 26.11.2020

Ermənilər etiraz aksiyası keçirir: Yüzlərlə əsgərdən xəbər yoxdur - VİDEO

13:33 26.11.2020

Qar yağacaq, 8 dərəcə şaxta olacaq