Çin 155% idxal rüsumu ödəməli olacaq - Tramp

Çin 155% idxal rüsumu ödəməli olacaq - Tramp
DÜNYA
02:32 21.10.2025
189
Vaşinqton və Pekin ticarət anlaşmazlıqlarını həll edə bilməsələr, Çin ABŞ-ın idxal rüsumlarının 155%-ni ödəməyə məcbur olacaq.
 
"Fox News”un məlumatına görə bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşü zamanı deyib.

Tramp Çin lideri Si Cinpinlə danışıqlar zamanı çox ədalətli şəkildə razılığa gələ biləcəyinə əmin olduğunu bildirib.

O həmçinin hesab edir ki, Si Cinpinlə başqa məsələlərdə də anlaşa biləcək.
OXŞAR XƏBƏRLƏR