Çin ABŞ Konqresinin üzvlərinə sanksiya tətbiq edib

Çin ABŞ Konqresinin üzvlərinə sanksiya tətbiq edib
DÜNYA
19:47 21.04.2025
105
Çin ABŞ Konqresinin üzvləri də daxil olmaqla, bir sıra rəsmi şəxslərə və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə sanksiyalar tətbiq edib.

Bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurumun açıqlamasında bu addımın həm rəsmi Vaşinqtonun, həm də siyahıda adları olan şəxslərin Honkonq məsələsi ilə bağlı yanaşması ilə əlaqələndirildiyi bildirilib:

"ABŞ tərəfinin Honkonqla bağlı istənilən yanlış addımlarına tərəfimizdən qətiyyətli cavab veriləcək”.
 
apa
OXŞAR XƏBƏRLƏR