Çin İsrailin davam edən hücumları fonunda İran ərazisindən 3 mindən çox vətəndaşını uğurla təxliyə edib.
Bu barədə Çinin Xarici İşlər Nazirliyi bildirib.
Bundan başqa, İranın raket zərbələrinə məruz qalan İsrail ərazisindən daha 500 Çin vətəndaşı çıxarılıb.
XİN-in məlumatına görə, təxliyə üçün müraciət edən hər kəs münaqişə zonalarını təhlükəsiz şəkildə tərk edib.
Təxliyələr regional qeyri-sabitliyin artması və Yaxın Şərqdə hava məkanının kütləvi bağlanması fonunda həyata keçirilir.
///REPORT