Çin ordusu Cənubi Çin dənizində hərbi təlimlər keçirdi
DÜNYA
10:15 07.01.2013
1282
Çin ordusu Cənubi Çin dənizində hərbi təlimlər keçirib. “Müharibə oyunlarına” hərbi dəniz donanması və hava qüvvələri cəlb olunub.Təlim proqramına görə, dənizdəki hədəfə doğru uçan yeni bombardman təyyarələri, “düşmənin” güclü elektro-magnit müdaxiləsi ilə üzləşib və bu hava qüvvələrinin radar sistemində pozuntulara səbəb olub.Habelə hava qüvvələri tezliklə əks-müdaxilə tədbirləri görərək, uğurlu şəkildə düşmənin blokada taktikasını alt-üst edib.