Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir

Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
ÖZƏL
13:06 21.08.2026
179
Çin ordusu süni intellekti getdikcə hərbi komandanlığa inteqrasiya edir, eyni zamanda rəsmi olaraq əvəzolunmaz adlandırdığı təcrübəli komandirlərini itirir. Bu barədə Aoyama Universitetinin (Yaponiya) beynəlxalq münasibətlər professoru Jehvan Lim yazır. Müəllif qeyd edir ki, son illərdə "Xalq Azadlıq Ordusu" qəzeti süni intellektin məlumatları təhlil edə, qərar qəbuletmə variantları yarada və məlumatların qəbulu ilə hərəkət arasındakı vaxtı azalda biləcəyini müntəzəm olaraq vurğulayır, lakin bildirir ki, son qərar insanlara aid olmalıdır.

Müəllif 2026-cı ilin mart ayında "Foreign Affairs" jurnalında dərc olunmuş bir araşdırmaya istinad edir və ona əsasən Çin ordusu artıq süni intellekti silahdan atış, kiber əməliyyatlar, sualtı müşahidə və qərar qəbuletmə üçün aktiv şəkildə sınaqdan keçirir.
 

Hərbi ekspert Ədalət Verdiyev AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, hazırda dünyanın bir çox orduları süni intellektin tətbiqi ilə bağlı müasir texnologiyalardan istifadə etməyə çalışırlar:

"Hazırda dünyanın bir çox orduları süni intellektin tətbiqi ilə bağlı müasir texnologiyalardan istifadə etməyə çalışırlar. Bir çox ölkələrdə artıq bu sahədə ciddi nailiyyətlər əldə edilib. Süni intellekt əsasən hərbi idarəetmə sahəsində, xüsusilə də taktikaların, müşahidə sistemlərinin və qərar qəbul etmə proseslərinin yeni platforma üzərindən istifadəsinə geniş imkanlar yaradır. Bütün bunlar proseslərin kökündən dəyişməsi ilə hərbi sahədə qərarların sürətlə qəbul olunmasına, əməliyyatların daha qısa müddətdə həyata keçirilməsinə, insana xas olan xətaların aradan qaldırılmasına və digər sahələrdə üstünlüklər əldə edilməsinə imkan yaradır. Müxtəlif mənbələrdən gələn məlumatların qısa müddətdə qəbul edilməsi, emalı, işlənməsi və analiz edilməsi, aidiyyəti üzrə qəbul edilən qərarların qısa müddətdə çatdırılması sayəsində hərbi əməliyyatların planlaşdırılmasında ciddi nailiyyətlər əldə olunub”.

O qeyd edib ki, süni intellektə əsaslanan dronlar döyüş əməliyyatlarının paradiqmasını tamamilə dəyişib: 

"Bütün bunlar döyüş əməliyyatlarının mümkün variantlarını əvvəlcədən və çox qısa müddətdə simulyasiya etməyə, qərarların mikrosaniyələr içində süni intellekt tərəfindən qəbul edilməsinə və nəticə etibarilə müharibənin taleyini həll edəcək qərarların qısa müddətdə qəbul olunmasına imkan verir. Süni intellektə əsaslanan dronlar döyüş əməliyyatlarının paradiqmasını tamamilə dəyişib. Artıq onlarla dron eyni ərazidə bir-birindən asılı olmayaraq, amma paralel şəkildə müxtəlif vəzifələri yerinə yetirirlər. İnsan faktorunu aradan qaldırmaq, insan risklərini azaltmaq sahəsində də süni intellektin verdiyi üstünlüklər əvəzsizdir.
İstənilən halda gələcək əməliyyatların taleyi daha çox süni intellektdən asılı hala gələcək”.

Şahanə Ziyad
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib