Çin ordusuna aid təyyarə və gəmilər Tayvanda mühasirəyə alınıb

Çin ordusuna aid təyyarə və gəmilər Tayvanda mühasirəyə alınıb
DÜNYA
20:53 19.09.2022
346
Çin ordusuna məxsus 9 təyyarə və 5 gəmi sentyabrın 19-da Tayvanda mühasirəyə alınıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, məlumatı "Reuters" yayıb.

Qeyd olunub ki, Çin Hərbi Hava qüvvələrinə məxsus iki təyyarə Tayvan boğazında orta xətti keçib.

Xatırladaq ki, sentyabrın 16-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müavini Devid Koen Çin Sədri Si Szinpinin 2027-ci ildə Tayvanı ələ keçirməyı planlaşdırdığını bildirib.

ABŞ Prezidenti Cozef Bayden sentyabrın 18-də bəyan edib ki, Çin müdaxilə edəcəyi halda ABŞ qoşunları Tayvanı müdafiə edəcək.
OXŞAR XƏBƏRLƏR