Çində pensiya yaşı artırılacaq

DÜNYA
15:06 13.09.2024
239
Çində növbəti 15 il ərzində pensiya yaşı kişilər üçün 63, qadınlar üçün isə 58 yaşa qaldırmağı hədəfləyən qanunu qəbul edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Mərkəzi Komitəsi Pekində keçirilən iki aylıq növbəti iclasında sub-pensiya həddini tənzimləyən qanun layihəsini təsdiqləyib.

Yeni tənzimləmə ilə pensiya yaş həddinin mərhələli şəkildə kişilər üçün 60-dan 63-ə, qadınlar üçün 55-dən 58-ə, xüsusi şərtlərlə təqaüdə çıxanlar isə 50-dən 55-ə çatdırılması qərara alınıb.

1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcək qanun gələcək 15 il ərzində yaş hədləri hər 5 ildən bir mərhələli şəkildə artırılacaq.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR