Çin Rusiya və Ukraynaya çağırış edib

Çin Rusiya və Ukraynaya çağırış edib
DÜNYA
18:42 04.05.2023
232
"Biz Rusiya və Ukraynanı gərginliyin daha da artmasına səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırırıq”.

Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi brifinqdə Kremlə PUA-larla hücuma münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır: "Çin Ukrayna böhranında konstruktiv rol oynamaq üçün beynəlxalq ictimaiyyətlə birgə işləməyə davam edəcək".

Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyaya hücum etmədiyini açıqlayıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR