Çin şirkəti koronavirus vaksinini üçün 500 milyon dolar vəsait ayırdı

Çin şirkəti koronavirus vaksinini üçün 500 milyon dolar vəsait ayırdı
DÜNYA
12:56 07.12.2020
644
Çinin "Sinovac" əczaçılıq şirkəti koronavirus vaksininin hazırlanması və istehsalı üçün 500 milyon dolar vəsait ayırıb.

"Sinovac"ın törəmə şirkəti "Sinovac Life Sciences" həmin məbləği CoronaVac peyvəndinin istehsalı və inkişafı üçün əməliyyatlara ayıracaq. Şirkət bildirib ki, Asiya bazarında iştirakını genişləndirmək və koronavirus pandemiyası ilə mübarizədə səylərini artıracaq.

Qeyd edək ki, "Sinovac" öz peyvəndini Uxan şəhərində koronavirusun yayılması bardə məlumatın yayılmasından dərhal sonra başlamışdır. Şirkət İndoneziya, Braziliya və Türkiyədə klinik sınaqların üçüncü mərhələsinə başlayıb.
 
///Trend
OXŞAR XƏBƏRLƏR