Çin: Suriya tez zamanda sabitliyə nail olmalıdır

Çin: Suriya tez zamanda sabitliyə nail olmalıdır
DÜNYA
12:57 26.03.2025
219
Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq Suriyanın beynəlxalq ictimaiyyətin köməyi ilə tezliklə sülh və sabitliyə nail olmasını gözlədiklərini bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) dünən  Suriya üzrə açıq sessiya keçirilib.
 
Sessiyada çıxış edən Fu Konq Suriyada inklüziv keçid prosesinin təşviq edilməsinin vacibliyini vurğulayıb.
 
Suriyanın atdığı son addımları yaxından izlədiklərini qeyd edən Fu, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq, həqiqi əhatəliliyə nail olmaq üçün ölkənin bütün dairələri ilə dialoq və məsləhətləşmələr aparmasını gözlədiklərini söyləyib.
 
Suriyada insanların həyat şəraitinin yaxşılaşdırılmasına çağıran Fu Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət edilməli olduğunu bildirib.

Çin nümayəndəsi həmçinin İsrailin Suriyanı hədəf alan hava hücumlarını pislədiklərini və İsrailin Suriya torpaqlarından tez bir zamanda geri çəkilməli olduğunu qeyd edib.
 
Oksana

OXŞAR XƏBƏRLƏR