Çin “Taliban” tərəfindən dəyişdirilən Əfqanıstan bayrağını tanıdı

Çin “Taliban” tərəfindən dəyişdirilən Əfqanıstan bayrağını tanıdı
DÜNYA
22:21 23.09.2023
274

Çin dünyada Pakistanda sonra "Taliban” tərəfindən dəyişdirilən Əfqanıstan bayrağını öz ölkəsində qaldırmağa icazə verib.

Bu barədə Əfqanıstanın Çindəki müvəqqəti işlər vəkili Seyid Muhiiddin Sadat məlumat verib.

O qeyd edib ki, bayraq Əfqanıstanın Çində yerləşən diplomatik nümayəndəliyin ərazisində dalğalanacaq.

Qeyd edək ki, "Taliban”ın 2021-ci ilin avqustunda hakimiyyəti ələ almasından və ABŞ-nin rəhbərlik etdiyi NATO qüvvələrinin 20 illik müharibədənin ardınca bu ərazini tərk etməsindən sonra Çin Əfqanıstanda ən çox nüfuz qazanan ölkə kimi qəbul olunur.
OXŞAR XƏBƏRLƏR