Çin Talibanla yaxınlaşır – Pekinin Əfqanıstana yardımlarının PƏRDƏ ARXASI

ÖZƏL
16:02 07.09.2021
1797

"Talibanın əsas ümidi Çindir. Taliban ABŞ və NATO üzərində faktiki qələbə çalaraq Əfqanıstanda nəzarəti ələ keçirsə də, idarəetmədə problemlərlə üzləşib. Birincisi, ali savadlı əfqan mütəxəssislərin bir hissəsi ölkəni tərk edib, yerdə qalan qismi də qaçmağa çalışır, ikincisi, ölkədə maliyyə qıtlığı yaranıb, xaricdəki bank hesabları dondurulub, insanlara isə dolanmaq üçün pul lazımdır, bank sistemi çöküb”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, yeganə ölkə Çindir ki, ilkin şərt irəli sürmədən Talibanla əməkdaşlığı genişləndirməyə və Əfqanıstana yatırım qoymağa hazırdır: "Talibanın bu vəziyyətdə əsas ümidi xarici investisiyalarıdır. Ancaq indiki vəziyyətdə böyük dövlətlərin mütləq əksəriyyəti Əfqanıstana yatırım qoymayacaq. Qərb dövlətlərinin Talibanla təmasları olsa da, bu hərəkatı rəsmən tanımır, Əfqanıstandakı səfirliklərini Qətərə köçürüblər. Talibanın daxili və xarici siyasəti də hələ bəlli deyil. Yeganə Çindir ki, ilkin şərt irəli sürmədən Talibanla əməkdaşlığı genişləndirməyə və Əfqanıstana yatırım qoymğa hazırdır. Pekin bu məqsədlə bölgənin digər ölkələri ilə də təmasları genişləndirib. Çin və İran xarici işlər nazirləri bir neçə gün əvvəl telefonla danışıblar. Nazirlər telefon söhbəti zamanı ikitərəfli əlaqələrlə yanaşı Əfqanıstanla bağlı da geniş fikir mübadiləsi aparıblar. Nazirlər qeyd ediblər ki, Çinlə İran Əfqanıstanda barışın əldə edilməsi üçün koordinasiyalarını davam etdirəcəklər”.

Elxan Şahinoğlu qeyd edir ki, Pekin Talibanın əməldə nə edəcəyini müəyyənləşdirmək istəyir: "Pekinin əsas hədəflərindən biri Talibanın terrorçu qruplardan uzaqlaşmasıdır. Çünki, Taliban keçmişdə müxtəlif terrorçu qruplarla, o cümlədən radikal uyğurlarla əməkdaşlıq edib. Taliban Pekinə vəd verib ki, silahlı uyğurlarla mübarizə aparacaq və onların Əfqanıstan ərazisində fəaliyyətinə imkan verməyəcək. Pekin bu vədə inanmaqla yanaşı Talibanın əməldə nə edəcəyini müəyyənləşdirmək istəyir. Buna baxmayaraq, Pekin Talibanın formalşdırdığı yeni hökumətlə əməkdaşlığa hazırlaşır. İdeologilayalar fərqli olsa da, Çində hakim Kommunist Partiyası ilə Taliban idarəetmə baxımından bir-birinə yaxındır. Hər ikisi idarəetmədə avtoritar metodlara əsaslanır. Çin Kommunist Partiyası üçün fərqli fikirlər yaddır, tətbiq etdiyi qaydalar tənqid edilməməli və iqtisadiyyat planlaşdırmaya tabe olmalıdır. Talibanın idarəetməsində də fərqli heç nə yoxdur. Taliban əfqanların sərt qaydalara tabe olmasını tələb edir, alternativ fikir mümkünsüzdür”.

Politoloq Çin və Taliban dostluğunun təhlükəli tərəflərini də qeyd edib: "Çinin Talibanla dostluğunun təhlükəli yönləri də var. Birincisi, Taliban ölkəyə nəzarəti böyük ölçüdə əldə etsə də, müqavimətlə üzləşib. Əfqanıstanın Pəncər vadisindəki qüvvələr Talibana təslim olmaq istəmir, dağlarda partizan savaşına hazırlaşırlar. Bu o deməkdir ki, Əfqanıstanda vətəndaş müharibəsi bitməyib, qanlı döyüşlər istsina deyil. İkincisi, Taliban verdiyi vədlərə baxmayaraq, terrorçu qruplarla gizli əlaqələrini davam etdirə bilər. Odur ki, Pekin "inan, ancaq yoxla” siyasətindən çıxış etmək məcburiyyətindədir”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb