Çin və Tayvan arasında gərginlik - Həm qurudan, həm də dənizdən hücuma keçiblər

DÜNYA
11:55 17.02.2025
224
Tayvan Çinlə təsir dairələrini məhdudlaşdıracağı güman edilən orta dəhlizin dəfələrlə pozulduğunu açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, açıqlamanın ardınca rəsmi Pekin reaksiya verib və bunda Tayvanı günahlandırıb.

Tayvan Müdafiə Nazirliyi sosial media hesabında bir gündə adanın ətrafında 41 hərbi təyyarənin göründüyünü açıqlayıb.
 
Açıqlamada adanın ətrafında Çin donanmasına aid 9 döyüş gəmisinin təsbit edildiyi də deyilir və Tayvan ordusunun vəziyyəti izlədiyi və lazımi cavabı verdiyi qeyd edilib.

Qeyd edək ki, uçuşlar ötən gün Kanada donanmasına aid döyüş gəmisinin Tayvan boğazından keçməsindən sonra həyata keçirilib.
 
Kanada Hərbi Dəniz Qüvvələrinə məxsus "Halifax" sinifli Ottowa freqatı dünən Tayvan boğazından keçib. Keçid Kanada hərbi gəmilərinin bu il Tayvan boğazından ilk, 2022-ci ildən isə 6-cı keçidi olub.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR