İnam Kərimov Ağır Atletika Federasiyasının prezidenti vəzifəsinə namizəd oldu

İnam Kərimov Ağır Atletika Federasiyasının prezidenti vəzifəsinə namizəd oldu
SOSİAL
10:17 19.02.2022
226
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd məlum olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.

İ.Kərimovun bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək AAAF-ın hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir.

O, bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyəcək.
OXŞAR XƏBƏRLƏR