21:30 Cümə Axşamı, 05 Dekabr 2019
SOSİAL

İnam Kərimov iki direktoru işdən azad etdi

11:25, 13.11.20193018
İnam Kərimov iki direktoru işdən azad etdi
Kənd Təsərrüfatı naziri İnam Kərimov Şəmkir və Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarını işdən çıxarıb.  

Bununla əlaqədar Kənd Təsərrüfatı naziri İnam Kərimov müvafiq əmr imzalayıb. Şəmkir DAİM-in direktoru Kamil Yusibov və Tovuz DAİM-in direktoru Rəhman Qasımov nazirliyin fəaliyyət prinsiplərini kobudcasına pozduqlarına, fermerlərlə yaxınlıq, şəffaf və səmərəli idarəetmə prinsiplərinə əməl etmədiklərinə görə tutduqları vəzifədən uzaqlaşdırılıblar. 

Xəbəri Kənd Təsərrüfatı Nazirliyindən faktı təsdiqləyiblər. 

Bir müddət əvvəl Kürdəmir və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları da işdən azad edilmişdi. Ötən ay Elşən Cəbrayılov Kürdəmir DAİM-in, Rövşən Yəhyayev isə İsmayıllı DAİM-in direktoru vəzifələrinə təyinat alıb. Bundan başqa Etibar Muradlı Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin olunmuşdu.
 
///Unikal.org
XƏBƏR LENTİ